ABŞ-da fəaliyyət göstərən tibbi mərkəzin mütəxəssisləri bildiriblər ki, kriptosporidiya parazit orqanizmlərinin səbəb olduğu xəstəliklərin sayı kəskin artıb.
Median.Az xəbər verir ki, bu parazitlər hovuzlarda yaşayırlar və bağırsaq pozulmasına səbəb olurlar.
Bir çox hallarda xəstəlik asanlıqla sağalır və müalicəyə ehtiyac qalmır. Amma parazitlər immunitet sistemi zəif olan yaşlı və cavan insanlarda ciddi problemlərə səbəb ola bilər. Bu parazitlər qusma və diareya ilə nəticələnir. Belə hal bir neçə həftə davam edir. Bu səbəbdən insan kifayət qədər qida qəbul edə bilmir. Çətin hallarda isə qida qəbul etməmək və sususzluq ölümlə nəticələnir.