Amaliya Pənahovanın adı əbədiləşdirilir » Median.Az News Agency


Amaliya Pənahovanın adı əbədiləşdirilir
Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Median.Az
-ın Sputnik Azərbaycana istinadən məlumatına görə, sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı sənətşünaslıq doktoru, professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova ötən ilin noyabr ayında 73 yaşında vəfat edib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          585 03.07.19 20:08