Alimlər təhlükəli qida vərdişlərini açıqladılar » Median.Az News Agency


Alimlər təhlükəli qida vərdişlərini açıqladılar
Alimlər erkən ölüm riskini artıran 15 amildən ibarət siyahı hazırlayıblar.

“The Lancet” tibb jurnalı alimlərin araşdırmasını dərc edib.

Onlar 1990-2017-ci illərdə 195 ölkə üzrə məlumatları təhlil ediblər. Məqsəd yararsız qida rejiminin fəsadlarını müəyyənləşdirmək olub.

Ekspertlərin fikrincə, faydalı komponentlərin çatışmazlığı və zərərli komponentlərin bolluğu ilə formalaşan rasion əlverişsiz qida rejimidir.

Alimlər rasionda duzun bol olmasının ziyanlı olduğuna diqqət çəkiblər. Onlar rasionda meyvələrin, tərəvəzlərin, dəniz məhsullarından Omeqa-3 və südün çatışmadığını da qeyd ediblər.

Bundan başqa, hesab edilir ki, şirin içkilər, qırmızı ət və emal edilmiş ət bolluğu təhlükəli qida vərdişidir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          482 03.07.19 15:36