Universiada başlayır: İtaliyada Azərbaycan bayrağı qaldırılacaq » Median.Az News Agency


Universiada başlayır: İtaliyada Azərbaycan bayrağı qaldırılacaq
Bu gün İtaliyanın Neapol şəhərində 30-cu Yay Universiadası start götürəcək.

Oxu.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyəti Gənclər və İdman Nazirliyinin əməkdaşı Aydın Məmmədovun rəhbərliyi altında artıq adıçəkilən şəhərdədir.

Azərbaycan millisi Universiadada olan 15 idman növündən yalnız beşində təmsil olunacaq. 18 idmançımız həmin yarışda iştirak edəcək.

Taekvondo: Ayxan Tağızadə, Əli Məmmədov, Məhəmməd Məmmədov, Fəridə Əzizova, Həşim Məhəmmədov;

Gimnastika: Marina Nekrasova, İvan Tixonov (hər ikisi idman gimnastikası), Zöhrə Ağamirova (bədii gimnastika);

Cüdo: İbrahim Əliyev, Murad Fətiyev, Hidayət Heydərov, Rüstəm Kotsoyev, Günel Həsənli;

Qılıncoynatma: Xalid Əliyev, Fərrux Səfərov, Cavanşir Ağakişiyev;

Atletika: Nazim Babayev, Zəkiyyə Həsənova.

Bu gün Bakı vaxtı ilə saat 13:00-da Neapoldakı Atletlər kəndində Azərbaycan nümayəndə heyətinin şərəfinə bayraq qaldırma mərasimi olacaq. Saat 23:00-da isə Universiadanın açılış mərasimi başlayacaq.

Qeyd edək ki, Yay Universiadası 3 iyul - 14 iyul tarixlərində keçiriləcək.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          551 03.07.19 14:46