Yanında şaftalı adı çəkib və ya göstərsən, haldan-hala düşür » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yanında şaftalı adı çəkib və ya göstərsən, haldan-hala düşür
Bəzi insanlar meyvə və tərəvəzlərə müxtəlif cür reaksiyalar verirlər və bədənləri bu qidalara qarşı çox həssas olur. Hətta allergiyaya tutulurlar. Ancaq növbəti süjetimizin qəhrəmanında bu həssaslıq pik nöqtədədir. Tovuz sakini Etibar Məmmədov şaftalının adını eşidəndə belə özünü idarə edə bilmir, haldan-hala düşür. Ramiz Məmmədov isə badımcana qarşı həssasdır.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, yanında şaftalı adı çəkib və ya göstərsən, haldan-hala düşür.

Tovuz sakini, 35 yaşlı Etibar Məmmədov şaftalını görəndə, toxunanda, hətta adını belə eşidəndə qəribə hərəkətlər edir... Məsələn, onda qıcolma yaranır, huşunu belə itirir.

Etibar şirin bibərə qarşı da eyni reaksiyanı göstərir. Bu qeyri-iradi davranış onda 10-cu sinifdən sonra əmələ gəlib.

Etibar Məmmədov insanların arasında olanda belə kimsə şaftalının adını çəksə və ya özünü göstərsə, qeyri-adekvat reaksiya verir.

Tovuz sakini Ramiz Məmmədovun isə şaftalıya və badımcana allergiyası var. O, bu meyvə və tərəvəzi yedikdə, bədənini qaşınma tutur, hətta onda səpkilər yaranır.

Allerqoloqlar meyvə və tərəvəzlərdən allergiya olmağı normal hesab etsələr də, bu qidalara qeyri-iradi reaksiyanı insan həyatı üçün təhlükəli hesab edirlər... Əgər kimsə həmin insanın yanında eyni sözü dəfələrlə təkrarlasa, o, həmin an ürəktutmadan dünyasını dəyişə də bilər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          474 02.07.19 23:33