“Yuxu” rok qrupunun yaradıcısı İbrahim Eminov dünyasını dəyişib.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu məlumatı mərhumun yaxınları sosial şəbəkədə yayıblar.
İfaçılıqla yanaşı, bəstəkar kimi fəaliyyət göstərən İbrahim Məhərrəm oğlu Eminov 1963-cü ildə Sumqayıtda dünyaya göz açıb.
O, 1986-cı ildə “Yuxu” qrupunu yaradıb.
İ.Eminov sözügedən qrupda bass gitarada ifa edib.