Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |    

Amerikalı müğənni Azərbaycana mahnı həsr etdi - FOTO/VİDEO

Amerikalı vokal ifaçısı Kendra Morianın şəxsi “İnstagram” hesabındakı Azərbaycanla bağlı paylaşımı izləyicilərin diqqətini çəkib.

Moria lentə aldığı yeni mahnısını Azərbaycana həsr edib.

O, “Atəşgah”da, əbədi məşəlin fonunda çəkdirdiyi fotosu ilə birgə yayımladığı ifasını təqdim edib.

“Alov ölkəsi” başlığı ilə paylaşılan posta izləyicilərin əksəriyyəti xoş və müsbət reaksiyalar veriblər.

Moria Bakı üçün və burada olan dostları üçün çox darıxdığını qeyd edib.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri müğənninin paylaşımının altında illər öncə burada yaşadığını unutmadığına və xoş xatirələrlə yada saldığına görə, minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Kendra Moria hazırda ABŞ-da ifaçılıq karyerasını davam etdirir. Kendra ailəsi ilə birgə uzun müddət Bakıda yaşayıb. Təhsilini davam etdirmək üçün müğənni yenidən Amerikaya dönmək məcburiyyətində qalıb. O, vətənində Azərbaycan mədəniyyətini və mətbəxini təbliğ edir.

Son dəfə paytaxtımıza 2018-ci ildə səfər edən Morianın Bakıya gəlişinin səbəbi isə “Youthvision-2017” beynəlxalq musiqi yarışmasında iştirakı olub.
/oxu.az/




скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 250 02.07.19 11:22