Azərbaycan Avropa Oyunlarında dördüncü qızılını qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan Avropa Oyunlarında dördüncü qızılını qazandı
Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında Azərbaycan dördüncü qızıl medalını qazanıb.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes britaniyalı Benjamin Uittakerlə görüşüb.

Boksçumuz 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da idmançımız yarışın çempionu adına yiyələnib.

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenso Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

A.Dominqesin mükafatı Azərbaycan millisinin Minsk-də 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          894 29.06.19 21:42