Azərbaycan Avropa Oyunlarında 21-ci medalını qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan Avropa Oyunlarında 21-ci medalını qazandı
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında Azərbaycan ilk medalını qazanıb.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, kişilərin kata yarışında bürünc mükafat uğrunda mübarizə aparan Azərbaycan təmsilçisi Roman Heydərov almaniyalı İlya Smorqunerlə mübarizə aparıb.

25,46 xal toplayan təmsilçimiz rəqibini qabaqlayıb. Almaniyalı 24,54 xal yığıb. Bununla da R.Heydərov bürünc medala yiyələnib.

Bu, Azərbaycan millisinin Minskdə 21-ci medalı olub. Bunlardan üçü qızıl, altısı gümüş, on ikisi bürüncdür.

Qeyd edək ki, yığmamızın bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayıb. İrina Zaretskaya finala çıxıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          756 29.06.19 18:32