Sabunçuda keçmiş məhkumları öldürməyə cəhd edən şəxs 15 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |    

Sabunçuda keçmiş məhkumları öldürməyə cəhd edən şəxs 15 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhərrəm Kazımovun CM-nin 29,120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 13-də Sabunçu qəsəbəsi ərazisindən Zəngilan rayon sakini İlham Paşayev və Bakı şəhər sakini Mahir İsmayılov bıçaq xəsarətləri ilə
3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlərin səyi nəticəsində onların həyatları xilas olunub.

Araşdırmaya başlayan Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, zərərçəkmişləri münaqişə zəmnində əvvəllər məhkum olunmuş Məhərrəm Kazımov bıçaqlayıb. Həmçinin məlum olub ki, İlham Paşayev və Mahir İsmayılov da əvvəllər məhkum olunublar.

M.Kazımov saxlanılıb və istintaqa tədim edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 147 29.06.19 15:42