Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Leyla Əliyeva BMT İnkişaf Proqramının təşkil etdiyi mərasimdə - FOTO

Azərbaycanda ilk dəfə inklüzivlik hakatonu təşkil edilib.

İyunun 28-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkil etdiyi mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

İnklüzivlik hakatonu ideya və açıq mənbədən olan həll yollarını təklif edə biləcək insanların bir araya gətirilməsi deməkdir. Həll yolları dedikdə tətbiqi proqramlar, veb-saytlar, elektron məhsullar kimi müxtəlif innovativ xidmətlər nəzərdə tutulur.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti bu yarışmanın dünyanın 60 ölkəsində keçirildiyini, Azərbaycanda isə ilk dəfə təşkil olunduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın inklüziv ideyaların ilk carçısı olduğunu və onun daim bu cür layihələrə dəstək göstərdiyini deyib. "İnklüzivliyi bizi birləşdirən amil kimi görək", - deyən Alessandro Frakassetti texnologiyalara dövrümüzün həll variantı kimi yanaşmağı tövsiyə etdi və müsabiqəni "inklüzivliyin çempionatı" adlandırıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yarışmanın başlamasını bildirən rəmzi düyməni basıb və müsabiqəyə start verilib. On altı komandadan ibarət hakaton iştirakçıları fasiləsiz olaraq 48 saat ərzində öz ideyalarını praktiki prototiplərə çevirmək üçün təlimatçılar qrupu ilə işləyəcəklər. Təlimatçılar iştirakçı qruplara dəstək göstərəcək və ən yaxşı mümkün həll yollarının işlənib hazırlanmasına kömək edəcəklər.

Həyəcanlı təlim modulları və gərgin iş dolu üçgünlük intensiv proqramın sonunda innovasiya, inklüzivlik və texnologiya sahələrində səriştəsi olan milli və beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti ayrı-ayrı qrupların hazırladıqları modelləri nəzərdən keçirəcək və hansı ideyanın qalib gəldiyinə dair yekun rəy bildirəcəklər. Qalib gələn ideya 5 min manat məbləğində mükafat alacaq və üç ay müddətində ideyanın tətbiqi tamamlanacaq.
















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 061 29.06.19 14:23