Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycan Avropa Oyunlarında üçüncü qızıl medalını qazandı
Azərbaycan qadın güləşçisi Mariya Stadnik II Avropa Oyunlarının qalibi olub.

Median.Az
xəbər verir ki, -50 kq çəki dərəcəsində mübarizə aparan olimpiya mükafatçısı final görüşündə həmyerlisi ukraynalı Oksana Livaçla üz-üzə gəlib və ona 7:1 qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl medal əldə edə bilib.

Bu gün həmçinin Elmira Qəmbərova final, Alyona Kolesnik və Sabirə Əliyeva bürünc medal uğrunda görüşə çıxacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          443 28.06.19 20:24