Oğuzda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Oğuzda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib - YENİLƏNİB

Oğuz rayonunda canavarın xəsarət yetirdiyi şəxslərin adları məlum olub.

Median.Az
-ın report-a istinadən məlumatına görə, onların hamısı rayonun Xaçmaz kəndinin sakinləridir.

Bunlar 15 yaşlı Namiq Bəkirov, 15 yaşlı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, 15 yaşlı Namiq Bəkirova başın, üst dodağın, boyunun və başın arxa səthinin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

15 yaşlı Tural Məmmədnəbiliyə sol əlin bazu nahiyəsinin, sol ayağın və budun canavar dişləməsi diaqnozu qoyulub, vəziyyəti orta-stabildir.

57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovaya sol və sağ əlin canavar dişləməsi diaqnozu qoyulub, vəziyyətləri kafidir.

Yaralılara quduzluq əleyhinə peyvənd vurulub və nəzarətdə saxlanılır.

***

Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.

Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 735 28.06.19 19:24