Bakıda tanışını oldu silahla öldürmək istəyən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakıda tanışını oldu silahla öldürmək istəyən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Elnur Əliyevin (1979-cu il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, silahlı insident ötən il noyabrın 10-da Nəsimi rayonu ərazisində baş verib. Mərdanov qardaşları küçəsi, 119 yerləşən və məcburi köçkünlərin məskunlaşdığı "Bakı Tikiş Evi"nin yataqxanasında, Abşero rayonunda yaşayan Elnur Əliyev Namiq Nəcəfova, öldürmək məqsədilə lüləsi və qundağı kəsilmiş ov tüfəngindən atəş açıb. Ağır yaralanan Nəcəfov Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.

Əliyev cinayəti törədib, hadisə yerindən qaçsa da, post-patrul xidmətinin (PPX) əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirilmə zamanı o bildirib ki, Nəcəfov sözügedən yataqxananın yanındakı çayxananı işlədir, amma onu aralarındakı ədavətə görə ora buraxmır. Əliyev bir dəfə Nəcəfov və onun dostları tərəfindən təcavüzə məruz qalıb. Baş vermiş növbəti ixtilafdan sonra Elnur evə qaçaraq silahı götürüb və çayxanaya qayıdaraq, Namiqə atəş açıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 617 28.06.19 18:02