Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Sərbəst güləş millimiz Avropa Oyunlarında ikinci oldu

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sərbəst güləş yarışları başa çatıb.

Əməkdaşının məlumatına görə, üç gün mübarizə aparan idmançılar altı dəst medalın sahibini müəyyənləşdirib.

Yalnız iki ölkə təmsilçisi çempionluq sevinci yaşayıb. Zəngin sərbəst güləş ənənələrinə malik olan və əksər yarışların qalibi olan Rusiya bu dəfə də hamını qabaqlayıb. Bütün idmançıları medal qazanan şimal qonşularımız dörd çəki dərəcəsində çempionluq yaşayıb.

Rusiyadan başqa, yalnız Azərbaycan güləşçiləri iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümumilikdə beş mükafat əldə edən təmsilçilərimiz bu idman növündə ikinci olub.

Yığmamızın heyətində Mahir Əmiraslanov (-57 kq) və Hacı Əliyev (-65 kq) qızıl, Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq) və Camaləddin Məhəmmədov (-125 kq) bürünc medal əldə edib. Yalnız Aleksandr Qostiyev (-86 kq) yarışı mükafatsız bitirib.

Gürcüstan millisi Belarusda dörd mükafat qazanaraq üçüncü olub. Qonşularımız iki gümüş və iki bürünc əldə ediblər.

Ümumilikdə isə 24 medalı doqquz ölkədən olan idmançılar qazanıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında sərbəst güləşdə səkkiz dəst medal sahibini tapmışdı. İlk “üçlük” indiki kimi olmuşdu. Millimiz həmin vaxt iki qızıl və dörd bürünc medal qazanmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 632 28.06.19 12:04