Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri » Median.Az News Agency


Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri
Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir.
Median.Az
medicina.az-a istinadən bildirir ki, bu barədə "Live Science" məlumat dərc edib.

ABŞ-ın Kolumbiya universitetinin elm adamlarının apardığı araşdırmada məlum olub ki, uzun müddət TV qarşısında oturanlarda erkən ölüm riski və kardioloji problemlər meydana gəlir. Araşdırmada məlum olub ki, gündə 4 saat oturaq televiziya izləyənlər, 2 saat TV-yə baxanlardan 50% daha çox risk daşıyır.

Mütəxəssislər bu tədqiqatlar üçün 8 il ərzində 3 min 592 nəfər müşahidə altında saxlayıblar. Erkən ölüm riskinə təkan verən amillərdən biri də oturaq vəziyyətdə televizora baxarkən yemək yenə vərdişidir.

Araşdırma komandasının rəhbəri Keith Diaz deyib: "Peşənizdən dolayı oturaqsınızsa heç olmasa evdə oturmayın. Bu sizi sürətlə ölümə doğru aparır".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          509 27.06.19 23:42