Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |     12:14 “WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA  |     12:11 Bakıda bina sökülür: Sakinlər narazıdırlar - VİDEO  |     12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |    

Azərbaycanlı biznesmen suşi yeməyə getdi, 2.5 milyonu oğurlandı

Azərbaycandan olan biznesmen Rusiyanın Sankt-Peterburq şəhərində, Petrovsk sahilboyunda yerləşən yapon restoranında öz həmyerlisi ilə yemək yeyəndən sonra pulunun və qiymətli əşyalarının oğurlandığını bilib.

Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, biznesmen Petroqrad rayon polis idarəsinə oğurluq faktı ilə bağlı şikayət verib.

Adı açıqlanmayan 59 yaşlı biznesmenin sözlərinə görə iyunun 23-də səhər saat 4 radələrində restorandan çıxıb və bu zaman bahalı qaşlarla bəzədilmiş qızıl üzüyünün, smartfonunun və pullarının yoxa çıxdığını görüb. O, dəyən ziyanı 2.5 milyon rubl həcmində qiymətləndirib. Həmin şəxsin kommersiya firmalarından birinin direktorlar şurasının üzvü olduğu bildirilir.

Biznesmen ifadəsində göstərib ki, pulunun və qiymətli əşyalarının yoxa çıxmasından əvvəl o, az tanıdığı həmyerlisi ilə restoranda spirtli içki içib, suşi yeyib.

Şübhəlini götürdüyü telefonun sayəsində tezliklə yaxalamaq mümkün olub. Məlum olub ki, o heç yerdə işləməyən 40 yaşlı Azərbaycan vətəndaşıdır. Onu Ermitaj rayonunda iyunun 25-nə keçən gecə yaxalayıblar, barəsində cinayət işi qaldırıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 081 26.06.19 19:47