Qaxda baş verən qəzada 3 nəfər xəsarət alıb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax-İlisu avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə Qax sakinləri 18 yaşlı Eldar Paşayev,19 yaşlı Ülfət Əhmədzadə və 18 yaşlı Emil Xəlilli ağır bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti ağırdır.