Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |     13:13 Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb  |    

Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi

2024-cü ildə Parsidə keçiriləcək Olimpiya Oyunlarında breyk-dans idman növü kimi proqrama daxil ediləcək.

Beynəlxalq Olimpiya Komitəsinin 134-cü sessiyasında breyk-dansın idman növü kimi Olimpiya Oyunları proqramına daxil edilməsi, serfinq, dağadırmanma və skeytbordinqin proqramda saxlanılmasına dair qərar qəbul edilib.

Breyk-dans ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarında Olimpiya idman növü kimi təqdim edilmişdi.

Breyk-dansda 16 kişi və 16 qadın idmançı medallar uğrunda mübarizə aparacaq.

Dağadırmanma, skeytbordinq və serfinq idman növləri üzrə ilk Olimpiya mübarizəsi gələn il Tokioda başlayacaq.

Parisdə isə Olimpiya Oyunları 2024-cü ildə, iyulun 24-dən, avqustun 11-nə qədər olan müddətdə keçiriləcək. Bu idman növlərinin əlavə edilməsi ilə Olimpiya proqramına daxil edilmiş idman oyunlarının sayı 33-ə çatır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 066 25.06.19 22:05