“Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

“Facebook” nifrət yaradan istifadəçilərin şəxsi məlumatlarını Fransa hökumətinə ötürəcək

“Facebook” sosial şəbəkəsi düşmənçilik və nifrət məzmunlu çağırışlar paylaşan istifadəçilərin şəxsi məlumatlarını Fransa məhkəmələrinə ötürməyə razılıq verib.

Median.Az
“Reuters”ə istinadən xəbər verir ki, Fransanın rəqəmsal sektoru naziri Sedrik O belə bir təşəbbüsün məhz Fransada həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

“Facebook” rəhbəri Mark Zukerberq ilə Fransa prezidenti Emanuel Makron arasında ötən ildən başlayaraq keçirilən bir sıra görüşlərdə dövlət başçısı nifrət çağırışları və dezinformasiyaları nizama salmaq əzmində olduğunu dilə gətirmişdi. Noyabr ayında “Facebook” Fransa istintaq orqanları ilə sözügedən məsələdə əməkdaşlıq edəcəklərini açıqlamışdı.

Bu il may ayında M.Zukerberq nifrət paylaşımlarının 65 faizinin şikayət gələnədək qeydə alındığını, qanunla qadağan olunmayan hər hansı paylaşımlarla bağlı şirkətin özbaşına qərar verməsinin düzgün olmadığını açıqlamışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 392 25.06.19 22:02