Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən dönərxanada zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmədən 5 nəfər zərər çəkib.
Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.
Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.//milli.az