Bakıda zəncirvari yol qəzası baş verib.
Median.Az Trend-ə istinadən xəbər verir ki, qəza paytaxtın Yasamal rayonu mətbuat prospektində baş verib.
Prospektdə "Toyota" idarəetməni itirərək qarşıda dayanan "Vaz 21 07" markalı avtomobilə dəyib. Nəticədə 6 avtomobil bir-birinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.