"Bütün çimərliklərə giriş pulsuzdur" - BŞİH » Median.Az News Agency


"Bütün çimərliklərə giriş pulsuzdur" - BŞİH
15 iyun 2019-cu il tarixindən paytaxt Bakı şəhərində çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırır ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Bu barədə BŞİH-in Mətbuat xidmətindən bildirilib.

Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          673 25.06.19 18:09