Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Cahangir Hacıyevin milyonlarla manat xərcləyən həyat yoldaşı hakim qarşısında

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı, 55 yaşlı Zamirə Hacıyevanın məhkəməsi olub.

Median.Az
APA-ya istinadla xəbər verir ki, "Westminster Magistrates" məhkəməsində keçirilən iclas iki saat yarımdan çox çəkib.

Məhkəmə prosesində Cahangir Hacıyevın 29-70 min dollar arası maaş aldığı xatırladılıb. Bu məbləğdə maaş qazanan birinin ailə üzvünün bu qədər yüksək vəsaiti ancaq qanunsuz yollarla əldə edə biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankı tərəfindən 28 kart istifadə edib, bu kartlardan 10-u şəxsən Zamirə Hacıyevanın adına açılıb. Digər kartlardan bəziləri isə ərinin şəxsi mühafizəçisinin adınadır. Zamirə Hacıyeva özünün adına olan kartlardan 14.5 -15.5 milyon funt sterlinq məbləğində pul xərcləyib, özü və ailəsi üçün bahalı təyyarə bileti, qızıl-zinyət əşyaları alıb, üç uşağının təhsil xərclərini ödəyib, gözəllik mərkəzlərində bu puldan istifadə edib. Zamirə Hacıyeva bu 10 bank kartından 13 milyon 500 min dollar, 2 milyon 790 min avro və 4 milyon 600 min manat xərcləyib.

Onun əri, Cahangir Hacıyevin bu məbləğdə pulunun olmadığı, o bu kartları alarkən lazımı sənədlərin təqdim edilmədiyi deyilib.

Bildirilib ki, 2009-2015-ci illərdə Zamirə Hacıyevaya bank tərəfindən faizsiz kreditlər verilib və bu zaman o, heç bir sənəd təqdim etməyib. Ümumilikdə çirkli pul yumaq, bankın pullarının mənimsənilməsi səbəbindən Azərbaycanda 37 nəfərlik “kriminal qrup”un bu işdə adının hallandığı bildirilib. Vurğulanıb ki, bu kriminal qrup ümumilikdə 97 milyon dollar mənimsəyib.

Zamirə Hacıyevanın vəkili isə gizli şahidlə bağlı hakimə müraciət edib. Belə ki, o şahidin adının təhlükəsizlik baxımından gizli tutulmasını xahiş edib.

Qeyd edək ki, Zamirə Hacıyeva ilk dəfədir ki, özünün məhkəmə prosesində iştirak edir. Məhkəmə prosesi günortadan sonra davam edəcək.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (Unexplained wealth orders,UWO) çərçivəsində məhkəmə qarşısına çıxır . Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Xatırladaq ki, Zamirə Hacıyeva 2014-cü ildən Azərbaycana gəlməyib. O, 11.5 milyon funt sterlinq dəyərində “Harrods”a yaxın məsafədə üç evə sahibdir. Onun ən maraqlı xərcləri arasında "Disney"in eksklüziv mağazasında "Bibbidi Bobbidi Boo" kassasında 99,000 funt sterlinq dəyərində etdiyi ödəniş olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 544 24.06.19 17:32