Bakıda avtomobillərin vurulması nəticəsində 5 piyada ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda avtomobillərin vurulması nəticəsində 5 piyada ölüb

Median.Az xəbər verir ki, iyunun 24-ü gecə saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Cəlilabad rayon sakini F.Abbasov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Bundan başqa, iyunun 23-ü saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini A.Tağıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi Eldar Bəhramovu vurub. Nəticədə E.Bəhramov hadisə yerində ölüb.

İyunun 23-ü saat 9 radələrində Sabunçu qəsəbəsində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulub. Piyada hadisə yerində ölüb, sürücü isə hadisə yerindən yayınıb. Onun müəyyən edilib, saxlanılması istiqamətində Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

İyunun 23-ü saat 21 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini O.Rəhimli idarə etdiyi “VAZ-2108” markalı avtomobillə qəsəbə sakini Muradəli Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

İyunun 22-i saat 10 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini C.Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Şahin Mənsimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 266 24.06.19 14:22