Qobustanda iki yeniyetmə süni göldə boğuldu - YENİLƏNİB » Median.Az News Agency


Qobustanda iki yeniyetmə süni göldə boğuldu - YENİLƏNİB
Qobustanda süni göldə batan yeniyetmələrin adları açıqlanıb.

Göldə boğulanlar Füzuli rayon sakini, hazırda Qobustan rayon Təklə kəndində yaşayan 2004-cü il təvəllüdlü Əliyev Fərdi Elsevər oğlu və Şamaxı rayon Çıraqlı kənd sakini 2001-ci il təvəllüdlü İbadov Mənsim Möhsün oğludur.

* * * * *

Qobustan rayonunda iki uşaq göldə boğulub.


Hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

/oxu.az/
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          821 22.06.19 13:58