Лондон
C

Nərimanov rayonunda adam öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini Elvin Həmzəyevin CM-nin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 27-də Nərimanov rayonu ərazisində Elvin Həmzəyev aralarında baş vermiş mübahisə zamanı Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla xəsarət yetirib, nəticədə zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həmzəyev Nərimanov RPİ 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iyulun 1-ə təyin edilib.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев