Putin canlı yayımda 81 sualı cavablandırıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Putin canlı yayımda 81 sualı cavablandırıb

Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə növbəti canlı yayım 4 saat 8 dəqiqə davam edib.

17-ci dəfə keçirilən canlı yayıma vətəndaşlardan təxminən 2 milyon sual daxil olub. Prezident ölkə vətəndaşlarının həyat səviyyəsi, səhiyyə, iqtisadiyyat, korrupsiya ilə mübarizə, müasir texnologiyaların inkişafı, biznesə dəstək və digər sahələrə dair 81 sualını cavablandırıb.

Rusiya lideri beynəlxalq məsələlərə, o cümlədən ABŞ-la münasibətlərə, Suriya münaqişəsinin həllinə və digər mövzulara da toxunub. V.Putin Suriya probleminin həllində tərəfdaş ölkələrin, o cümlədən Türkiyə və İranın, habelə Avropa dövlətlərinin dəstəyinə ümid bəslədiyini söyləyib. ABŞ-ın İrana qarşı güc tətbiq edə biləcəyi barədə suala cavabında Rusiya dövlətinin başçısı bildirib ki, bu, region üçün böyük fəlakətə çevrilə, çoxlu sayda insanın qaçqın düşməsinə səbəb ola bilər.

Münaqişənin hərbi yolla həllinin nəticələrini hesablamaq belə çətindir. V.Putin qeyd edib ki, İran şiə ölkəsidir: “İslam dünyasında bilirlər ki, bu insanlar öz mənafelərini, ölkələrini müdafiə etmək üçün hər şeyə hazırdırlar”. Rusiya Prezidenti vəziyyətin bu dərəcəyə gəlib çıxmasını arzuolunmaz hesab edib.

Vladimir Putin internetin suverenliyi və yalan məlumatların yayılması problemindən danışarkən bildirib ki, bu məsələ getdikcə daha kəskin şəkil alır. O, bilərəkdən yalan informasiya yayılmasına görə cəzaların sərtləşdirilməsinə hələlik ehtiyac duyulmadığını vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            995 20.06.19 20:06