Səyavuş Heydərov: Çalışırıq ki, öz dini ədəbiyyatlarımız daha çox olsun » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Səyavuş Heydərov: Çalışırıq ki, öz dini ədəbiyyatlarımız daha çox olsun

Çalışırıq ki, Azərbaycan yazarlarının dini ədəbiyyatları daha çox nəşr olunsun. Çünki xarici ölkələrdən idxal olunan ədəbiyyatların əksəriyyətində Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan məqamlar var.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycana dini ədəbiyyatların idxalı və nəşri prosesi davam edir:

“Bu sayda artım müşahidə edilir. Bunlar komitənin müvafiq şöbəsinin ekspertizasından keçir. Əgər bu ədəbiyyatlar bizim milli mənəvi-dəyərlərimizlə ziddiyyət təşkil edirsə, hansısa dini ədavəti qızışdıran fikirlər, ümumiyyətlə, tolerantlıq, multikulturalizmə qarşı fikirlər varsa, belə ədəbiyyatların idxalına icazə verilmir”.

“Əvvəllər xaricdən idxal olunan ədəbiyyatlarda Azərbaycanın milli-mənəvi dəyərləri ilə uzlaşmayan dini məqamlarla daha çox rastlaşırdıq. Artıq son illərdə bu, nadir məsələyə çevrilib”, - deyə sədr müavini qeyd edib.

S.Heydərov bildirib ki, artıq idxal edən və dini ədəbiyyat istehsal edən fiziki şəxslər də bu tələbi bilirlər:

“Ona görə də bizə yad olan dini ədəbiyyatların idxalı və istehsalı azalıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            822 20.06.19 12:31