Jirinovskidən növbəti hoqqa: Dumanın plenar iclasını yarıda tərk etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Jirinovskidən növbəti hoqqa: Dumanın plenar iclasını yarıda tərk etdi

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski etiraz əlaməti olaraq Dövlət Dumasının plenar iclasının keçirildiyi zalı tərk edib.

Median.Az
RİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski bunu deputatların Liberal Demokrat Partiyası tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul etməkdən imtinasına cavab olaraq edib.

Partiya tərəfindən müzakirəyə təqdim olunmuş qanun layihəsində rus əsilli xaricilərə Rusiya Federasiyası vətəndaşlığının verilməsinin sadələşdirilməsi nəzərdə tutulub. Bunun üçün xarici vətəndaşın ən azından bir valideyninin rus əsilli olduğunu təsdiq edən sənəd olmalıdır.

Plenar iclasın əvvəlində Jirinovski 2016-cı ildə müzakirəyə təqdim edilmiş bu qanun layihəsinin uzun müddətdir ki, müzakirə olunmamasına qəzəblənib, Dövlət Dumasının qanun layihəsini rədd etməsindən sonra isə etiraz əlaməti olaraq iclası tərk edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 021 19.06.19 22:14