Mənsimov "Rəsulzadə"nin adını “qara siyahı”ya düşən gəmiyə verib? - “Palmali”dən açıqlama » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |    

Mənsimov "Rəsulzadə"nin adını “qara siyahı”ya düşən gəmiyə verib? - “Palmali”dən açıqlama

"Belə bir problemi olan gəmi dünya sularında necə üzə bilər?"

Bu gün yerli mətbuatda Mübariz Mənsimovun Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verməsi haqda xəbər yayımlanıb. Xəbərdə qeyd olunur ki, Mənsimov 1998-ci ildə istehsal olunmuş və hazırda 21 yaşı olan "ADRIATIC MARINER” adlı tanker gəmisinin adını "MAMMAD AMIN RASULZADEH” olaraq dəyişdirib.

Xəbər müəllifi Mənsimova belə bir sualla müraciət edib: Mübariz Mənsimov adı qara siyahıya salınmış 21 illik köhnə gəminin boyasını yeniləyərək, üstəlik, Rəsulzadənin adını verərək, Məmməd Əmin Rəsulzadənin adını əbədiləşdirir, yoxsa onun ruhuna və Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik edir?

Azxeber.com məsələylə bağlı "Palmali Şirkətlər Qrupu"na müraciət edib.

Şirkətdən verilən açıqlamanı təqdim edirik: "Yazılan xəbər başdan ayağa cəfəngiyyatdır. Məmməd Əmin Rəsulzadə gəmimiz başdan-ayağa yenilənmiş, loyddan alınan icazəyə görə bütün standartlara uyğun olaraq tankerdən quru yük gəmisinə dəyişdirilib. Və bu gəmi "Palmali" donanmasının həqiqətən də yeni gəmisidir.

Şirkətdən gəminin "qara siyahı"ya düşməsi iddasına isə belə reaksiya verilib:

"Xəbəri hazırlayan və ya sifariş verən bircə dəfə də olsun bu gəmini görsəydi belə cəfəngiyat yazdırmazdı. Qara siyahıda olmasına gəldikdə, bu belədirsə bu gəmi muzey ücün hazırlanır? Belə bir problemi olan gəmi dünya sularında necə üzə bilər? İstər gəmi 40 yaşında olsun, adı əbədiləşdirməklə gəminin texniki göstəricilərinin nə əlaqəsi var? Lap elə var olan gəminin adı dəyişilib və Rəsulzadə qoyulub, burda nə qəbahət var? Önəmli Azərbaycanı təmsil etmək deyil mi? Adı əbədiləşdirmək deyil ki? Dünya limanlarına yaxınlaşanda soruşacaqlar ay gəmi sənin neçə yaşın var?"
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 764 19.06.19 18:22