Hadi Rəcəbli maaş artımından danışdı - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |    

Hadi Rəcəbli maaş artımından danışdı - MÜSAHİBƏ

Median.Az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin APA-ya müsahibəsini təqdim edir:

- Dövlət başçısının maaş artımı ilə bağlı son sərəncamlarını necə dəyərləndirirsiniz?


- Ölkəmizdə sosial müdafiə sistemində aparılan islahatlar xalqın rifahının yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyev 2019-cu ili əhalinin sosial müdafiəsinin gücləndirilməsi ili elan edib. Bu istiqamətdə ardıcıl addımlar atılır, 40-ya yaxın sərəncam və fərman imzalanıb. Bundan öncə əhalinin həssas qrupları ilə bağlı imzalanan sərəncam və fərmanlarla 2 milyona qədər əhali əhatə olunub, 2 milyard manat vəsait ayrılıb. Son sərəncam və fərmanlar, ümumilikdə iki paket sənədlər qrupu 2 milyon nəfərə qədər insanın gəlirlərinin artmasına xidmət edəcək. Təkcə minimum əməkhaqqının artırılması 600 min Azərbaycan vətəndaşının əməkhaqqını artıracaq. Bu məqsədlər üçün il ərzində büdcədən 400 milyon manat vəsait tələb olunur.

Bu gün ən sevindirici hallardan biri odur ki, pensiyanın minimum həddi 116 manat idi, sonra bunu 160 manata qaldırıldı. Prezidentin son sərəncamı ilə həmin məbləğ 200 manata çatdırılır. Bunun hesabına xeyli pensiyaçı gəlirləri artır. Bu da 660 min pensiyaçının gəlirlərinin artmasına xidmət edəcək. 

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan bir sıra şəxslərin maaşı 40 faiz artırılıb. Bu da böyük bir qrup əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Müəllimlərimizin də rifah halının yaxşılaşması üçün maaşlarda 20 faiz artım nəzərdə tutulub. Bu da 160 min nəfərin sosial durumunu yaxşılaşdıracaq.       

Beləliklə, atılan son addımlardan sonra Azərbaycan Cənubi Qafqazda minimum əmək haqqının səviyyəsinə görə lider mövqedə qərarlaşacaq. Azərbaycanda minimum əməkhaqqı Ermənistan və Gürcüstandan yüksək olacaq. Bu fərq gələcəkdə daha da artacaq. 

- Maaşlar demək olar ki, ilk dəfədir 40 faiz artırılır. Belə kəskin artımı hansı amillər şərtləndirib?

- Bu, Prezidentin apardığı ardıcıl siyasətin nəticəsidir. Dövlət başçısı həmişə bəyan edib ki, ölkədə iqtisadiyyat inkişaf etdikcə, maliyyə imkanları artdıqca, bu, son nəticədə Azərbaycan vətəndaşlarının güzəranının yaxşılaşmasına xidmət edəcək. Azərbaycan sosial sabitlikdən sosial rifah dövlətinə çevrilir. Bu istiqamətdə ardıcıl iş aparılır.

- Maaşların, sosial müavinətlərin artırılması istiqamətinlə yeni qərarlar gözlənilirmi?  

- Belə addımlar gözlənilir. İlin sonuna qədər belə qərarlar, sənədlər çox olacaq. Diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əmək haqqı 20 faiz artırılıb. İl ərzində müəllimlərin əmək haqqında yenə də artım olacaq.

- Bu ilin dövlət büdcəsində bu artımlarla bağlı vəsait nəzərdə tutulmuşdumu?

- Əmək haqlarının artımı ilə əlaqədar 2019-cu ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmamışdı. Bu artımlar əlavə imkanlar hesabına həyata keçirilir. Prezidentin apardığı struktur dəyişiklərin nəticəsi, əldə olunan əlavə gəlirlər hesabına bu maliyyələşmə təmin olunur. Bu da Prezidentin gördüyü işlərin nəticəsidir. Bununla bağlı dövlət büdcəsində də dəyişikliklər ediləcək. Sabah Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçiriləcək. İclasda büdcəyə dəyişikliklərlə bağlı layihə müzakirə olunacaq və parlamentin plenar iclasına tövsiyə olunacaq. 


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 466 19.06.19 14:35