Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı itkin düşüb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, o, 2019-cu il iyunun 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
N.Dadaşovanın əlamətləri belədir: boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.
Şəkildə göstərilən qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.