Səhər saatlarında paytaxtın Babək prospektində baş verən qəzada xəsarət alan sürücünün də şəxsiyyəti məlum olub.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç ağır xəsarət alıb.
O, kəllə-beyin travması, said sümüyünün sınığı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
09:20
Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib.
Median.Az oxu.Az-a istinadən xəbər verir ki, bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur.
Təcili yardım xidmətindən verilən məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.
08:44
Bir qədər əvvəl Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az oxu.az-a xəbər verir ki, prospektlə yüksək sürətlə hərəkət edən maşın aşıb.
Qəza nəticəsində xəsarət alan var. Əraziyə təcili tibbi yardım və yol patrul xidməti maşınları cəlb olunub.
Yolun qismən bağlanması səbəbindən hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.