Salyanda 67 yaşlı kişi yaşadığı kənddə itlərin hücumuna məruz qalıb.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Quyçu kəndində qeydə alınıb.
Kənd sakini, 1952-ci il təvəllüdlü Hüseynov Məhəmməd Balakişi oğlu kəndarası yolla gedərkən küçə itləri ona hücum edib. Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ona quduzluq əleyhinə vaksin vurulub. Vəziyyətinin kafi olduğu bildirilir.