Məzunun intiharı ilə bağlı yeni məlumat - gəzinti pulu başına bəla oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məzunun intiharı ilə bağlı yeni məlumat - gəzinti pulu başına bəla oldu

"Yusif kollecə qəbul olmuşdu. O, ali məktəbə qəbul imtahanında iştirak etsə də, kollecdə oxuyacağını deyirdi"

Yusifin atası Şahid Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlunun ali məktəbə qəbul imtahanlarında az bal topladığı üzündən intihar etdiyi barədə məlumat yayılsa da, oğlu qumarda pul uduzduğu üçün özünə qəsd edib: "Hazırda bu məsələni prokurorluq orqanı araşdırır. Amma oğlum ali məktəbə qəbul imtahanında az bal topladığına görə canına qıymayıb. Hadisəyə səbəb qumarda uduzduğu pul olub. Oğlum bu il 11-ci sinfi bitirib məzun olmuşdu. Sinif yoldaşları ilə birgə gəzintiyə getmək üçün pul yığıblar. Kənddə də kimsə oğlumun üstündə 360 manat pul olduğunu bilib. Onu və başqa bir sinif yoldaşını qumar oynamağa dəvət ediblər. Qumar oynayanlar da kənd uşaqları olublar. Mən bu hadisədən oğlum intihar etməzdən bir gün əvvəl xəbər tutmuşam. Dedi ki, pul borcum var, uşaqların yığdığı pulu xərcləmişəm. Soruşdum ki, nəyə xərcləmisən? Mənə qumara qoyduğunu demədi. Dedi, özümə əyin-baş, telefon almışam. Mən də başa saldım ki, əvvəl evdə deyərdin gərək... Bu gün də sinif yoldaşlarının yanında xəcalətli qalmazdın. Amma mən buna görə oğlumu çox danlamadım. Hadisədən bir gün öncə də sinif yoldaşları ilə yeyib-içiblər. Bilmirəm, orada pulu xərclədiyini deyəndə ona kim nə deyib. Ondan bir gün sonra bu iş başımıza gəldi".

Ş. Abbasov deyir ki, oğlu sahədə ot biçininə kömək edirmiş. Yusif deyibmiş ki, işləyib borcunu qaytaracaq: "Oğlumun intiharı ilə bağlı indi araşdırma aparılır. Amma daha balamı heç nə mənə geri qaytarmayacaq. Ona görə də kənddə də kimləsə pis olmaq istəmirəm. İstəmirəm ki, o biri övladlarıma da ziyan dəysin".

Sputnik Azərbaycan-a danışan Sabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin direktoru Nail Xanməmmədov da deyib ki, intihar edən məzun Yusif Abbasovun az bal topladığı üçün canına qıyması xəbəri yalandır: "Yusif kollecə qəbul olmuşdu. O, ali məktəbə qəbul imtahanında iştirak etsə də, kollecdə oxuyacağını deyirdi. Orta səviyyəli biliyi olan, tərbiyəli şagirdimiz olub. Onun ölümünü az bal toplaması ilə bağlayanlar yalan danışırlar. Hazırda məsələni prokurorluq araşdırır".

Xatırladaq ki, Yusif Abbasov iyunun 16-da yaşadıqların evin həyətində intihar edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 218 18.06.19 18:10