Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Qar uçqununda ölən əsgərin şəhid statusu bərpa edildi

Şəki Apellyasiya Məhkəməsində Alməmmədov Vəfadar Əlövsət oğlunun şəhid statusunun bərpası ilə bağlı şikayətə baxılıb.

Bu barədə oxu.az-a açıqlamasında vəkil İlkin Mustafa məlumat verib.

O deyib ki, hakim Mübariz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şəhid statusunun ləğv edilməsi barədə çıxarılan akt etibarsız hesab edilib. Bununla da V.Alməmmədovun şəhid statusu qaytarılıb.

Qeyd edək ki, V.Alməmmədov 2000-ci il dekabrın 24-də Daşkəsən rayonunda yerləşən hərbi hissədə döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşüb və donaraq ölüb. Bundan sonra ona şəhid statusu verilib. Ailəsi qanunvericilikdə nəzərdə tutulmuş maddi ödəmələri də alıb. Lakin 7 ildən sonra Hərbi Komissarlığın 28 iyun 2007-ci il tarixli məktublarına əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün təyin edilməsi ilə bağlı araşdırmalar aparılarkən mərhuma verilmiş şəhid statusu ləğv edilib.

Məsələyə aydınlıq gətirmək üçün müvafiq inzibati orqanlara yazılı müraciətlər edilsə də, bunun nəticəsi olmayıb. Daha sonra şəhid statusunun bərpa edilməsi üçün şəhidin anası Alməmmədova Gülöyşə Feyzulla qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilib.

Daha sonra birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ilə şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bundan sonra kassasiya şikayəti verilib və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 12 fevral 2019-cu il qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilib və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilib.

Kollegiya hesab edib ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmayıb, eləcə də məhkəmələr tərəfindən iddiaçıya zəruri hüquqi yardım göstərilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 521 18.06.19 15:53