İdman fəndi ilə adam öldürən şəxsin işi üzrə apellyasiya məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

İdman fəndi ilə adam öldürən şəxsin işi üzrə apellyasiya məhkəməsi başlayıb

Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Səməd Pənahovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi məhkum olunmasına dair iş üzrə məhkəmə prosesi başlayıb.

Median.Az
xəbər verir ki, ittiham aktına görə, Səməd Pənahov tanışları İlqar Abdullayev və Cabbar Babayevlə birlikdə Röyal Xankişiyevlə görüşə gedib. Məqsədi Röyalın İlqara borclu olduğu və vaxtında verə bilmədiyi 15 manatı almaq olub.

Belə ki, bir müddət əvvəl Abdullayev Xankişiyevə 40 manata elektroşok satıb, sonuncu 25 manatı ödəyib, qalan məbləği isə verəcəyini deyib. Lakin dediyi vaxtda pulu qaytara bilmədiyindən aralarında narazılıq yaranıb. Keşlə qəsəbəsində baş vermiş dava zamanı Səməd Röyalı idman fəndi ilə yerə yıxıb, zərərçəkmişin başı asfalta çırpılıb və o aldığı ağır xəsarətdən bir neçə saat sonra vəfat edib. Pənahov Nizami RPİ 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Pənahov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 349 18.06.19 12:10