Erkən ölümə daha bir səbəb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Erkən ölümə daha bir səbəb

Amerikalı alimlər tac arteriyalarda yüksək kalsium miqdarının orta yaşlarda ciddi ürək çatışmazlığı ilə əlaqədar olduğunu müəyyən edib.

Bu barədə “EurekAlert” portalında məlumat verilir.

Uzunmüddətli elmi tədqiqatda könüllü qismində 2449 gənc və orta yaşlı insan iştirak edib. Tomoqrafik müayinə yolu ilə mütəxəssislər tədqiqat iştirakçılarının qan damarlarının vəziyyətini, o cümlədən tac arteriyalarda kalsiumlu piləkləri qiymətləndirib. Həmin piləklərin tərkibində kalsiumdan başqa, yağ və xolesterin olduğundan, qanda yüksək miqdarda olması damarların yığılmasına və qan buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Piləklərin yığılma göstəricisi (CAC) araşdırmanın 15-ci və 25-ci ilində yoxlanılıb. Həmin vaxt iştirakçıların orta yaş səviyyəsi artıq 50-i ötüb. 10 il ərzində sıfır CAC göstəricisi olan könüllülərin sayı 5 faiz azalıb. Kalsiumlu piləklərin çoxalması birbaşa yaşlanma ilə, o cümlədən, sistoloji arterial təzyiqin qalxması, xolesterin miqdarının artımı, şəkərli diabet və siqaret çəkmə ilə əlaqədar olub. Belə dəyişikliklər damarların darlaşmasına səbəb olur və nəticədə ürək daha intensiv işləməyə məcbur qalır. Bu isə erkən ölüm, o cümlədən, ürək çatışmazlığı riskini əhəmiyyətli dərəcədə artırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 041 18.06.19 11:18