Tütün asılılığını aradan qaldıran üsullar... - SİQARETİ TƏRGİDƏNLƏRİN DİQQƏTİNƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Tütün asılılığını aradan qaldıran üsullar... - SİQARETİ TƏRGİDƏNLƏRİN DİQQƏTİNƏ

Siqaretin tərkibində olan zəhərli maddələr bir çox xəstəliklərə səbəb olur. Həmçinin asılılıq da yaradır. Ona görə də siqareti tərgidənlər tütündən aldığı damaq zövqünü yeməklərdə axtarır.

Median.Az
bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi açıqlamaya görə, ilk vaxtlar orqanizmdə nikotinə böyük tələbat olsa da, ondan asılılığı təbii yolla aradan qaldırmaq mümkündür: "Nikotini əvəz edə bilən bir sıra tərəvəzlər var. Məsələn, cəfəri, ispanaq, şüyüd, pomidor, badımcan, gül kələm və s. tərəvəzlərin tərkibində nikotin var və onlarla qidalanmaq orqanizmdə ona olan tələbatı kifayət qədər ödəyir. Siqareti tərgidəndən sonra hər gün yarım stəkan portağal və qreypfrut şirəsi qəbul etmək qıcıqlanmanı aradan qaldırır".

Onun dediyinə görə tütün asılılığından xilas olmaq üçün kompleks şəkildə mübarizə aparılmalıdır: "Süd və süd məhsulları ilə qidalanmaq da nikotinə həvəsi azaldır. Badam, yerfındığı kimi çərəzlərlə qidalanmaq nikotinə olan tələbatı azaltmaqla yanaşı digər minerallarla zəngin olduğuna görə sinir sisteminə təsir göstərir. Qarabaşaq və yulafla qidalanmaq da bu sahədə faydalı vasitələrdəndir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 895 17.06.19 21:27