Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
"Volkswagen Passat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarına aşırıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.