Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə rayon mərkəzi ərazisində qeydə alınıb.
Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Türxan Eldarov yolu qarşı tərəfə keçmək istəyərkən “KAMAZ” markalı yük avtomobili onu vurub və gənc aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.