Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB » Median.Az News Agency


Yevlaxda baş vermiş qəzada xəsarət alanlardan biri dünyasını dəyişib - YENİLƏNİB
Yevlaxda baş vermiş yol qəzası nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə,1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.
Digər yaralıların müalicəsi davam etdirilir.

***

Yevlax rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, rayonun Qoyunbinəsi kənd yolunda "VAZ" və "QAZel" markalı maşın toqquşub.

Nəticədə 3 nəfər - 1988-ci il təvəllüdlü Xəlilov Elşən Yaşar oğlu, 1996-cı il təvəllüdlü Qədirli Babək Qaragöz oğlu və onun 2001-ci il təvəllüdlü qardaşı Qədirli Yüsif Qaragöz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          430 15.06.19 22:47