Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb » Median.Az News Agency


Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb
Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində hamilə qadın ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, mərhumun qohumları ölümün həkimin səhvi ucbatından baş verdiyini bildirib. Qeyd olunub ki, səhhəti ilə bağlı şikayətləri olan S.Yusubova ötən gün günorta saatlarında xəstəxanaya çatdırılıb. Burada həkimlər onu müayinədən keçirib və bir neçə dərman yazaraq evə buraxıblar. Amma, xəstəxanadan döndükdən bir neçə saat sonra S.Yusubovanın vəziyyəti qəfil pisləşib və gecə saatlarında dünyasını dəyişib.

Vəfat edən 33 yaşlı S.Yusubovanın 8 aylıq hamilə olduğu bildirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          929 15.06.19 17:38