AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

AzTV-də qarşıdurma, veriliş yayımdan çıxarıldı

AzTV-də yayımlanan "Palitra ART" verilişinin yayımı dayandırılıb.

Median.Az xəbər verir ki, proqramın aparıcısı Afət İlhamqızı Axşam.az-a açıqlamasında bildirib ki, ona qarşı haqsızlıq edilib. İlhamqızı verilişinin yayımının dayandırılması ilə bağlı ona heç bir səbəb deyilmədiyini söyləyib:

"Bir aydır ki, verilişim dayandırılıb. Səbəbini demirlər, belə məsləhət görülüb. Mənim üçün də bu məsələ qaranlıqdır. Hələ bilinmir tamam dayanıb, yoxsa, yeni mövsümdə davam edəcək. Amma kanaldakı fəaliyyətim davam edir".

A.İlhamqızı yeni yaradılan kreativ şöbədən də şikayət edib: 

"Bu şöbəyə qeyri-peşəkar bir insan rəhbərlik edir. Təbii ki, proqramımın bağlanmasına səbəb onlar oldu. Professionallıq göstərmədilər. Orada oturan qeyri-peşəkar insanlar bizim kimi peşəkarlara meydan oxuyur. 8 ildir AzTV-də çalışıram. 50-yə yaxın müxtəlif mövzularda sənədli film çəkmişəm. Kreativ şöbənin müdiri Nazilə Babayevanın isə incəsənətdən anlayışı belə yoxdur. O insandan nə gözləmək olar?".

Məlumata görə, Kreativ şöbənin üzvləri aparıcılardan yeni proqramlar çəkməyi və verilişləri ilk onlara göstərməyi tələb edib.

Qeyd edək ki, aparıcı Nəsib Nurun da AzTV-də yayımlanan "Anşlaq" proqramı dayandırılıb. Onun lentə aldığı altıya yaxın veriliş efirə verilməyib. Həmin proqramlarda isə Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Yaqub Zurufçu kimi ifaçılar yer alıblar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 329 15.06.19 17:17