Abşeron rayonunun Masazır qəsəbəsində iki qardaşın mübahisəsi bıçaqlanma ilə bitib.
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, qəsəbə sakini 1995-ci il təvəllüdlü Ağayev İsmayıl Şirvan oğlu mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.
Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.