Milli Parkda məzunları gözləyənlər məyus oldular - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:13 Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar  |     15:11 Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ  |     15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |    

Milli Parkda məzunları gözləyənlər məyus oldular - FOTO

Bildiyimiz kimi bu gün ölkənin bütün ümumtəhsil məktəblərində "Son zəng" mərasimi qeyd edilir.

Median.Az
bizimyol.info-ya istinadən xəbər verir ki, "Son zəng" mərasimi Bakı məktəblərində də xüsusi təntənə ilə qeyd edilib. Lakin qeyd olunan mərasimdən sonra şəhərin mərkəzinə, eləcə də parklara əylənməyə gedən məzunların sayında ötənilkinə nisbətən azalma müşahidə olunub.

Bizimyol.info əməkdaşı Bakının Dənizkənarı Milli Parkında müşahidələr və park ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin sahibləri ilə söhbətləşmə aparıb.

Əməkdaşımız öncə kafe-restoran tipli obyektlərdə olub. Obyekt sahibləri də bu il izdihamın az olmasından gileyləniblər. Onlar deyirlər ki, ötən ilə nisbətən qiymətlər o qədər qalxmasa da müştəri sayında kəskin azalma qeydə alınıb:

"Ötən il bu saatlarda məzunlar kafemizi demək olar ki, tam doldurmuşdular. Hətta 2 dənə öncədən sifarişimiz də vardı. Banket hazırlamışdıq. Xatırlayıram, müştərilərimiz axşama doğru o qədər çox olmuşdu ki, masalarımız belə tamamilə dolmuşdu. Bu il, yəni bu gün müştərimiz sayılacaq qədər az olub. Ümid edirik ki, axşama doğru müştərilərimizin sayı artar".

Park ərazisində dondurma və su satanlar da müştərilərin alıcılıq qabiliyyətindən narazıdır. Deyirlər ki, əvvəlki illərə nisbətən bu il alıcılıq qabiliyyəti nisbətən aşağı düşüb:

"Alıcılıq qabiliyyəti çox aşağıdır. İstəmirik fikrimiz yalnış anlaşılsın amma çox az adam bizdən su və dondurma alır. Ən çox dondurma alanlar isə məhz turistlərdir".

Atraksionlarda da boşluq idi. Hətta bir neçə atraksionun kassası ümumiyyətlə işləmirdi. Azyaşlıların, eləcə də gənclərin daha çox sevimli atraksionu olan "Viking"-də isə yeniyetmələrin qışqırıq səsləri eşidilirdi. Kassir elə də şikayətçi olmadı. Deyir digər atraksionlara nisbətən "Viking"ə maraq daha çoxdur:

"Digər atraksionlardan daha çox "Viking"ə maraq olur. Düzdü ötən ilin bu günü ilə, bu ilin bu günü arasında fərq var, ötən il daha çox müştərimiz vardı. Hətta növbə də vardı. Bu il isə durğunluqdur. Ola bilər hava çox istidir, ona görə seyrəklikdir. Ən çox axşam saatlarında, havanın sərin olan saatlarında hər kəs parka üz tutur. Ona görə də axşana doğru müştərilərimizin artacağını gözləyirik".

Dənizkənarı Milli Parkın "Mirvari"si də sahilə lövbər salmışdı. Polis nəfəri əməkdaşımıza bildirib ki, havanın isti olmağına baxmayaraq külək əsməsi gəminin səyahətinə mane olur. Bu səbəbdən də saat 17:00-dan sonra gəminin səyahətə çıxacağının gözlənildiyini bildirdi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 210 14.06.19 20:49