“Makqreqorla revanş döyüşü mənim üçün maraqlı deyil” - Nurməhəmmədov » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

“Makqreqorla revanş döyüşü mənim üçün maraqlı deyil” - Nurməhəmmədov

Yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov son döyüşdə qalib gəldiyi irlandiyalı Konor Makqreqorla revanş qarşılaşmasında maraqlı deyil.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya mətbuatına 31 yaşlı idmançını özü açıqlayıb.

O bildirib ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-229 çərçivəsində baş tutan döyüş onda mənfi təəssüratlar yaradıb. Bu üzdən də rusiyalı eyni məkanda tamaşaçılar önünə çıxmaq istəmir: “Veqasda baş verənlər orda qaldı. Nə baş verdiyini hamı bilir. Mən qalib gəldim, onu və komandasını darmadağın etdik. Yenidən Veqasda döyüşmək istəmirəm. Makqreqoru cəzalandırdılar, məni onqat cəriməyə məruz qoydular. Söhbət pulda deyil, prosesin gedişindədir. Veqasda böyük döyüş olsa, tamaşaçı kimi ora yollanacam. Amma özüm döyüşmək istəmirəm”.

H.Nurməhəmmədov rəqibinin karyerasını bərpa edəcəyi halda, onunla döyüş ehtimalına da toxunub: “O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər. Amma hazırda mənim üçün maraqlı deyil. Revanş döyüşü nəyimə lazımdır ki?”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 298 14.06.19 19:42