Professor: “Allergiya ana bətnindən başlayır” - MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Professor: “Allergiya ana bətnindən başlayır” - MÜSAHİBƏ

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, professor Amaliya Eyyubovanın e.-tibb.aza müsahibəsi.

- Allergiyaya daha çox uşaqlarda rast gəlinir, yoxsa böyüklərdə?

- Bilirsiniz, allergiya elə uşaqlıqdan, hətta ana bətnindən başlayır. Ona görə böyüklərdə rast gəlinin allergik xəstəliklər elə uşaq vaxtından yaranır. Allergiya xəstələrinin hardasa 20 faizində həddi-buluğ dövründə xəstəlik keçə bilər, amma yerdə qalan xəstələrdə davam edir. Özü də allergik xəstəliklər müxtəlif yaşda başlaya bilir. Adam var deyir ki, məndə heç vaxt allergiya olmayıb, 50 yaşım var, indi başlayıb. Həmin adama başa salırıq ki, onda allergiya olub, amma indiyə qədər özünü büruzə verməyib. Allergik reaksiyaların baş verməsi üçün müəyyən şərait yaranmalıdır.

- Şərait deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu qida, hava, cürbəcür, vasitələr, dərmanlar, həşəratlar ola bilər.

- Yəni hər şey təsir edə bilər...

- Bəli, doğru buyurursunuz. Mən bəzən deyirəm ki, adi krant suyu da allergiya verə bilər. Nəyə görə? Axı krant suyunda reagentlər var. Onlar da insan orqanizminə yaddır. Onlar da təsir edə bilər.

- Ən çox hansı allergiya növlərinə rast gəlinir? Qidadan yaranan allergiya, mövsümi allergiya, yoxsa anadangəlmə allerqiyalar?

- Ümumiyyətlə, ilkin allergik reaksiyalar qidadan başlayır. Mən körpələri nəzərdə tuturam. Xüsusən ana südü ilə deyil, süni qidalanan uşaqlarda allergiya daha tez başlayır. Ona görə ki, inək südü yüksək allergendir. Bizim uşaqların qidasının əsasını da süd məhsulları təşkil edir.

- Ona görə də həkimlər ana südünü tövsiyə edirlər.

- Bəli, həmişə demişik, bu gün də deyirik ki, uşaqlar ana südü ilə qidalanmalıdırlar.

- Süni qidalar da allergiya yarada bilir?

- Onlarda allergenlər müəyyən dərəcədə azaldılır, amma bununla belə allergiyanın yaranmasına təsiri var.

- Cəmiyyətdə belə bir fikir var ki, allergiyanın müalicəsi yoxdur. Sizin buna münasibətiniz necədir?

- Bir tərəfdən düz deyirlər. Müalicə belədir ki, xəstə gərək həkim nə deyirsə, ona əməl eləsin, pəhriz saxlasın. O şeylər ki, yüksək allergik reaksiya verir, onlardan uzaq dursun. Bu gün dünyada qəbul olunan müalicələrdən biri hiposensibrizasiya adlanır. Yəni insan hansı allergenə qarşı həssasdırsa, ona qarşı müəyyən dərmanlar hazırlanır və tədricən o uşaqlara yeridilir. Bu da bir az uzun çəkən müalicədir.

- Ən çox rast gələn allergiyalardan biri yazda baş qaldıran allergiyalardır. Bundan necə qorunmaq olar?

- Yaz allergiyası çiçəklərin tozcuqları ilə əlaqədardır. Tozcuqdan qorunmaq çox çətindir. Yaz vaxtı havaya fikir verirsinizsə, elə bil qar yağır. Belə olanda biz allergiyaya həssas adamlara məsləhət görürük ki, bayıra çıxmasınlar, çıxanda gözlərinə eynək taxsınlar, maska geyinsinlər.

- Bəs ən çox hansı qidalar allergiya yaradır?

- Süd, yumurta, bal, balıq, sitrus meyvələri daha çox allergiya yaradır.

- Allergiyanın müalicəsində hansı yanlışlara yol verilir?

- Birinci növbədə allergeni aradan qaldırmaq lazımdır. Ona eliminasiya deyirik. Ondan sonra da antihistamin preparatlar var. O preparatlar allergik reaksiyanı getməyə qoymur. Bunlardan istifadə etmək lazımdır...
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 815 14.06.19 19:29