Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəs (BPİ) və Suraxanı RPİ 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-nə keçən gecə Zığ qəsəbəsində, evin həyətindən 40 ev quşu oğurlayan Bakı şəhər sakini S.Əhmədov, Bərdə rayon sakinləri N.Zərbəliyev və A.Cəbrayılov saxlanılıblar.
Araşdırma zamanı onların, həmin gün daha bir evin həyətindən 6 ev quşu oğurlamaları məlum olub.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.